Liviya hakimiyyəti üsyançıların atəşkəs təklifini rədd etdi
02 Aprel 2011 Şənbə 02:24
Hökumət nümayəndəsi: “Avropanın bəzi ağılsız və cinayətkar baş nazir və prezidentləri ərəb-müsəlman xalqına qarşı xaç yürüşünə başlayıblar”.
Liviya hakimiyyəti qiyamçıların atəşkəs təklifini rədd edib və bildirib ki, hökumət qoşunları ölkənin qərbindəki şəhərləri tərk etməyəcək. “Onlar bizim şəhərəri tərk etməyimizi zahiş edirlər. Əgər bu ağılsızlıq deyilsə, ad tapmaqda çətinlik çəkirəm. Biz şəhərləri tərk etməyəcəyik”, - deyə Liviya hökumətinin nümayəndəsi Musa İbrahim bildirib.

Qiyamçıların yaratdığı Liviya Milli Şurasının rəhbəri Abdel Cəlil dünən bəyan edib ki, əgər hökumət qoşunları ölkənin qərbindəki şəhərləri tərk etsə, müvəqqəti atəşkəs əldə oluna bilər.

Qeyd edək ki, beynəlxalq koalisiyanın hava hərbələrinə baxmayaraq, Liviya lideri Müammər Qəddafiyə sadiq qoşunlar bir sıra uğurlu əməliyyatlar keçiriblər.

Liviya hökumətinin nümayəndəsi Musa İbrahim koalisiya qüvvələrinin hava zərbələrini “bəşəriyyət əleyhinə cinayət” adlandırıb: “Avropanın bəzi ağılsız və cinayətkar baş nazir və prezidentləri ərəb-müsəlman xalqına qarşı xaç yürüşünə başlayıblar. Tanış gəlir? Bu, bəşəriyyət əleyhinə cinayətdir”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar