Liviya hakimiyyəti: Qəddafinin öldürülən oğlu hərbçi olmayıb
01 May 2011 Bazar 05:18
29 yaşlı Saif əl-Ərəb aspiranturada təhsil alırmış.
NATO-nun hava zərbələri nəticəsində Liviya lideri Müammər Qəddafinin öldürülən oğlu Saif əl-Ərəb hərbi olmayıb. O, iqtisadiyyat fakültəsinin aspiranturasında təhsil alırmış. Bu barədə məlumatı Liviya rəhbərliyi yayıb. Məlumatda deyilir ki, Saif əl-Ərəb 1982-ci ildə anadan olub.
Liviya hökumətinin məlumatına görə, NATO-nun hava zərbələri nəticəsində Saif əl-Ərəbin bir neçə dostu və qonşusu da həlak olub. O cümlədən, Müammər Qəddafinin üç nəvəsinin öldüyü bildirilir. Liviya liderinin özü və həyat yoldaşı möcüzə nəticəsində sağ qalıblar.
Saif əl-Ərəb Qəddafinin kiçik oğludur. Onun böyük qardaşı Saif əl-İslam Liviya inqilabı liderinin ən real varisi sayılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: