Liviya əməliyyatının hər günü ABŞ üçün 100 milyon dollara başa gəlir
27 Mart 2011 Bazar 02:13
Liviya ərazisinə buraxılan hər bir raketin qiyməti 1,5 milyon dollara qədərdir.
Liviyadakı əməliyyatın hər günü ABŞ büdcəsinə təxminən 100 milyon dollara başa gəlir. Amerika KİV-inin məlumatına görə, bu, orta ekspert dəyərləndirməsidir. “Daily News Journal”ı yazır ki, indiyədək amerikalı vergi ödəyiciləri Liviyadakı əməliyyata 1 milyard dollara yaxın vəsait sərf ediblər.
“National Journal”ın məlumatına görə, tənqidçilər Liviyadakı vətəndaş müharibəsinə müdaxilə ilə bağlı bu sualı verirlər ki, bu, Amerikanın milli maraqlarına cavab verir, ya yox. Nəşrin hesablamalıran görə, “sülh təşəbbüsü” ABŞ-a bir neçə milyard qabaqcadan nəzərdə tutulmamış xərc deməkdir. Ehtimal edilir ki, Pentaqon Konqresdən fövqəladə fonddan əlavə vəsait ayrılmasını xahiş etməli olacaq. “Liviyadakı əməliyyatın hər altı saatı bizim büdcə kəsirimizi daha bir milyard dollar artırır”, - deyə respublikaçı parlamentari Rosko Berlett bildirib.
Ekspert hesablamaları istifadə olunan hərbi qurğu, avadanlıq, uçuş müddəti və mərmilərin sayına əsaslanır. Belə ki, müxtəlif hesalamalara görə, “Tomaqavk” raketinin bir ədədi 0,75-1,5 milyon dollaradır. Yanız martın 22-də 162 ədəd raket buraxılıb. ABŞ tərəfindən əməliyyata 11 hərbi gəmi, o cümlədən, 3 sualtı qayıq cəlb edilib. Əməliyyatların əvvəlində vurulan F-15 döyüş təyyarəsinin qiymətini müxtəlif mənbələr 40-75 milyon dollarla qiymətləndirirlər.
Bir Yaxın Şərq ölkəsini isə “azadlığın dəyəri” Amerika cəmiyyətində narazılıqla qarşılanır. İctimaiyyət işsizlik səviyyəsinin yüksək olduğu Amerikada hərbi xərclərin kəskin artırılmasından narahatdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: