Liviya BMT-dən kömək istədi
05 Mart 2011 Şənbə 11:11
Liviya XİN-i Qəddafiyə qarşı tətbiq edilən qadağanın götürülməsini xahiş edib
Liviya ölkə lideri Müəmmar Qəddafi və 4 yüksək vəzifəli dövlət məmuruna qarşı tətbiq edilən qadağaların fəaliyyətini dayandırmaq xahişi ilə BMT-yə müraciət edib. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, qadağalar Liviyada dinc etirazların sərt şəkildə yatırılması xəbərlərindən sonra tətbiq edilib.

Liviya Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasına ünvanlanan məktubunda bildirilir ki, güc dinc nümayişçilərə qarşı deyil, yalnız ölkədə anarxiyanı yaymaq istəyənlərə qarşı tətbiq olunub.

Məktubda, həmçinin BMT-nin Liviyaya qarşı güc tətbiqindən istifadəyə səsləyən dövlətlərin çağırışlarına reaksiya verməsi ilə bağlı müraciət də yer alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar