Livanın keçmiş baş nazirindən Hizbullaha çağırış
03 Avqust 2013 Şənbə 11:36
“Hizbullaha fədakarlıq edərək hökumətdən kənarda qalmağa dəvət edirəm”.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Saad əl-Həriri, Səudiyyə Ərəbistanının Ciddə şəhərində Livan Gələcək Hərəkatının təşkil etdiyi iftar proqramında çıxışında, Hizbullahdan yeni qurulacaq Livan hökumətinə mane olmaması üçün geri çəkilməyi tələb edib. O, bilidirb ki, yeni qurulacaq hökumətə mane olmamaq üçün Hizbullah, fədakarlıq edib geri çəkilməlidir.
Həririnin fikrincə, Hizbullahın əlindəki qeyri-qanuni silah, təhlükəsizlik və siyasi baxımından gücsüz bir dövlətin yaranmasına səbəb oldu: “Livan deyə bir dövlət olmayacaqsa, müqavimətin də bir mənası olmaz. Livan gün keçdikcə genişlənən bir silah hegemonluğunun kölgəsində yaşaya bilməz. Ölkə içində yaşanan gərginlik və məzhəb qarşıdurmaları ancaq dövlətin Hizbullahın silahlanmasına dur deməsiylə sona çatacaq”.
DOSTLARINLA PAYLAŞ: