Livanda parlament seçkilərinin səsvermə mərhələsi baha çatıb. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə səsvermədə 55-65 faiz seçici iştirak edib. Qızğın rəqabətin iki siyasi qüvvə arasında gedəcəyi gözlənilir. Bunlar Qərb tərəfindən dəstəklənən hakim “14 mart” koalisiyası və “Hizbullah” qruplaşmasının rəhbərlik etdiyi, İran və Suriya tərəfindən dəstəklənən müxalifət blokudur.
Səsvermənin sakit şəraitdə keçdiyi bildirilir. Livan təhlükəsizlik qüvvələrinin məlumatına görə, namizədlərin tərəfdarları arasında baş vermiş dava-dalaş zamançı bir nəfər yaralanıb.
Parlament seçkiləri yaxın dörd il müddətinə Livan hökumətinin tərkibini müəyyənləşdirəcək. Parlamentdəki 128 yer uğrunda 587 namizəd mübarizə aparır. Deputat mandatları xristianlar və müsəlmanlar arasında bərabər bölünəcək.
Qeyd edək ki, seçkini müşahibə edən beynəlxalq nümayəndə heyətinə ABŞ-ın keçmiş prezidenti Cimmi Karter rəhbərlik edir. /ANS PRESS/