Livanda keçirilən parlament seçkisində iqtidar qələbə qazanıb
08 İyun 2009 Bazar Ertəsi 11:15
Seçkinin rəsmi nəticələri bu gün axşam məlum olacaq

Livanda keçirilən parlament seçkisində hakimiyyətdə olan  “14 Mart Koalisiya”sı qələbə qazanıb. Bu barədə Euronews məlumat verib.
Livanın sabiq baş naziri Rafiq Haririnin oğlu, koalisiyanın rəhbəri Saad al-Hariri artıq öz tərəfdarlarını təbrik edib və müxalifət nümayəndələrinə əməkdaşlıq təklif edib.
“8 mart Koalisiyası”nın nümayəndələri isə hələ ki, bəyanat verməyiblər.
Məlumata görə, əl Haririnin koalisiyası parlamentdə 67 yer, “8 mart Koalisiyası” isə 52 yer alacaq. İki yer müstəqil deputatlara aid olacaq. Ümumilikdə parlamentdə 128 deputat yeri var.  Seçkilərin rəsmi nəticələri bu gün axşam məlum olacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar