Litvanının
05 Mart 2012 Bazar Ertəsi 11:48
Donni Montel Bakı səhnəsində “Love is Blind” mahnısını ifa edəcək
Litvanı Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək ifaçı müəyyən olunub. ANS PRESS-in "eurovision.az"a istinadla verdiyi məlumata görə, Litvanın "Eurovision 2012" seçimlərinin finalında 14 müğənni mübarizə aparıb. Səsvermə nəticəsində Donni Montel (Donny Montell) “Love is Blind” mahnısı ilə qalib elan edilib.

Ölkənin Milli Finalında yaddaqalan məqamlardan biri də təmsilçinin adının Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə tərəfindən açıqlanması olub. Final gecəsində çıxış edən səfir "Eurovision 2012"nin ev sahibi Azərbaycan barədə ətraflı məlumat verib və ölkəmizin may ayında möhtəşəm bir şouya hazırlaşdığını bildirib. Səfir Həsən Məmmədzadə litvalıları Bakıdakı 57-ci Eurovision Mahnı Müsabiqəsinə dəvət edib.

Litvanı "Eurovision 2012"də təmsil edəcək 25 yaşlı Donny Montell ölkəsində məşhur müğənnidir. O, bir çox yerli və beynəlxalq mahnı müsabiqələrinin qalibi olub. Eyni zamanda “Litva mahnı onluğu” və “Ulduzlara çağırış” televiziya layihələrində də qalibiyyət qazanıb. 2008-ci ildə isə “Slavyanskiy bazar” festivalının “Grand Prix”ni əldə edib.

Qeyd edək ki, Litva təmsilçisi "Eurovision 2012"nin mayın 24-də keçiriləcək ikinci yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar