Litvada prezident seçkiləri keçirilib
18 May 2009 Bazar Ertəsi 11:35
Mayın 17-də Litvada prezident seçkiləri keçirilib.
APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, səsvermədə seçicilərin 51,66%-i iştirak edib. Ölkənin keçmiş maliyyə naziri, Avropa Komissiyasının maliyyə və büdcə planlaşdırması üzrə komissarı Dalya Qribauskayte səslərin 69,05% səs toplayaraq qalib gəlib. Sosial-demokratların namizədi Algirdas Butkyaviçyus isə 11,87% səs alıb. Litvanın ilk qadın prezidenti D. Qribauskayte iyul ayında vəzifəsinin icrasına başlayacaq.
DOSTLARINLA PAYLAŞ: