Litvada keçirilən prezident seçkisinin nəticəsi bəllidir. "France Presse" agentliyinin məlumatına görə, mayın 17-də keçirilən seçkidə Litvanın keçmiş maliyyə naziri, Avropa Komissiyasının büdcə və maliyyə planlaşdırılması üzrə komissarı Dalya Qribauskayte qalib gəlib.
Müstəqil namizəd olan Qribauskayte seçicilərin 69,05 faizinin səsini qazanıb. Səsvermə fəallığı isə 51,66 faiz olub.
Qeyd edək ki, Qribauskayte bu postda olan ilk qadın olacaq. /ANS PRESS/