Litva Rusiyadan təzminat tələb edir
07 Yanvar 2010 Cümə Axşamı 10:05
Rusiyadan kompensasiya tələb etməyi nəzərdə tutan qətnamə layihəsi Litva parlamentinin müzakirəsinə çıxarılıb.
“APA-ECONOMICS”in məlumatına görə, layihənin müəllifi hakim partiya - “Vətən” Xristian Demokratlar İttifaqıdır.

Layihə müəllifləri Litva Seyminə təklif edirlər ki, 1991-ci ilin 11-13 yanvar 1991-ci il tarixlərində sovet ordusunun müstəqil Litva dövlətinə və onun vətəndaşlarına qarşı təcavüz aktı həyata keçirdiyini, nəticədə silahsız azadlıq müdafiəçilərinin öldürüldüyünü və yaralandığını rəsmən tanısın.

Bundan başqa, deputatlar ölkə hökumətinə 1991-ci il Vilnüs hadisələri zamanı zərər çəkənlər üçün Moskvadan təzminat tələb etməyi təklif edirlər.

Xatırladaq ki, 13 yanvar 1991-ci ildə SSRİ rəhbərliyi Vilnüsə zirehli texnika yeridib. Sovet əsgərləri Vilnüs teleqülləsini, Dövlət teleradio Komitəsinin binasını tutublar. Teleqülləyə hücum zamanı 14 nəfər öldürülüb, 700 nəfər yaralanıb.

2009-cu ilin sentyabrında Litvanın Cinayət Məcəlləsinə edilən dəyişikliklər SSRİ-nin və Hitler Almaniyasının Litvaya qarşı təcavüzünü inkar etməyə, əhəmiyyətsiz saymağa və bu təcavüzə bəraət qazandırmağa görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu cinayəti törədənlər 2 ilədək azadlıqdan məhrum oluna bilər. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar