Litva prokurorluğu Mixail Qorbaçovu dindirmək istəyir
12 May 2011 Cümə Axşamı 01:27
SSRİ-nin ilk və son prezidenti 1991-ci ildə Vilnüsdəki qırğınla bağlı ifadə verməlidir.
Litvanın Baş Prokurorluğu SSRİ-nin ilk prezidenti Mixail Qorbaçovun 1991-ci il yanvarın 13-də Vilenüsdəki hadisələrlə bağlı dindirilməsinə üçün Rusiya tərəfinə müraciət edib. Məlumatı Litva prorkuorluğunun mətbuat xidməti yayıb. “Baş Prokurorluğun prokurorluğu Sovet İttifaqının keçmiş prezidentinin dindirilmsinə hüquqi yardım üçün Rusiya Federasiyasına müraciət ünvanlayıb”, - press-relizdə deyilir.
13 yanvar 1991-ci ildə Vilnüsdə Litvanın müstəqilliyinin tərəfdarları və Sovet qoşunları arasında toqquşmalar olub. Hadisə nəticəsində 13 nəfər ölüb. Sonradan Litva tərəfi baş verənlərlə bağlı cinayət işi qaldırıb. Cinayət işi üzrə şübhəlilərin əksəriyyəti (23 şübhəlidən 21-i) Rusiya vətəndaşlarıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: