Leysan Avropanı cənginə alıb
24 Fevral 2013 Bazar 07:33
İtaliyalılar evlərin damlarında sığınacaq tapıblar.
Avropanın cənubunda daşqınlar ciddi fəsadlar törədib. İtaliyanın Kataniya şəhəri demək olar ki, su altında qalıb. Güclü dolu daşqınlara səbəb olub. Yağış suları parklardakı avtomobilləri sürüyüb. Qorxmuş italiyalılar evlərin damlarında sığınacaq tapıblar. Şəhər sakinləri fəlakətə görə sinoptikləri günahlandırırlar. Onların fikrincə, leysanın miqyası barədə əvvəlcədən xəbərdarlıq edilməyib.

Analoji vəziyyət Yunanıstanın paytaxtı Afinada da yaranıb. Şəhər rəhbərliyi əsas küçələri, metro və yeraltı qarajları bağlayıb. Yağış suları avtomobilləri yuyub aparıb. Təbii fəlakət enerji təhcizatında da problemlər yaradıb. Paytaxtda işıqforların çoxu işləmir. Nəqliyyatın hərəkəti iflic olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar