Lex Kaçinskinin Azərbaycana uçuşu ilə bağlı şok iddia
05 Mart 2011 Şənbə 01:46
Mərhum Polşa prezidenti Bakıya gələrkən pilotlardan uçuş istiqamətinin dəyişdirilməsini istəyib
Mərhum Polşa prezidenti Lex Kaçinski 2008-ci ildə Azərbaycana gələrkən təyyarədə pilot kabinəsinə girərək, uçuş istiqamətinin dəyişdirilməsini istəyib. Polşada nəşr olunan “Qazeta vıborça” qəzetinin əldə etdiyi sənədlərə görə, 12 avqust 2008-ci ildə prezident uçuş heyətindən Azərbaycana yox, Gürcüstana eniş etməyi dəfələrlə xahiqş edib. Əvvəlcədən planlaşdırılıbmış ki, Lex Kaçinski təyyarə ilə Azərbaycana gələcək, buradan isə avtomobillə Tiflisə yola düşəcək.
Pilot Qjeqoj Petruçun birbaşa Tiflisə uçmaqdan imtina edib. Çünki, Tiflis hava limanında Polşa prezidentini heç kim gözləmirmiş. Bundan başqa, pilotun sözlərinə görə, orada radar olmayıb. O, bütün bu faktorları, eləcə də, Abxaziya və Cənubi Osetiya münaqişələri ilə əlaqədar ehtimal edib ki, təyyarənin vurulması riski mövcuddur.
Lex Kaçinçki isə müdafiə naziri Boqdan Klixə zəng edərək, aydınlaşdırmağa çalışıb ki, o, pilota uçuş istiqamətini dəyişdirilməsi barədə göstəriş verə bilərmi. Boqdan Klik isə cavab verib ki, müdaxilə etmək hüququ yoxdur.
Nəhayət, Polşa prezidentinin təyyarəsi Azərbaycana eniş edib. Qəzetin məlumatına görə, təyyarə Bakı beynəlxalq hava limanına endikdən sonra pilotu hədələyib ki, onunla hesablaşacaq.
Polşa KİV-inin məlumatına görə, hadisədə adı hallanan pilotun köməkçisi Arkadiuş Protasyük Rusiyanın Smolensk şəhəri yaxınlığındakı təyyarə qəzası zamanı Polşa prezidenti ilə birlikdə həlak olub.
DOSTLARINLA PAYLAŞ: