Lənkəran ABŞ şəhəri ilə qardaşlaşacaq
27 Noyabr 2010 Şənbə 12:45
Azərbaycanın cənub şəhəri ilə Monterey şəhəri arasında yaxın vaxtlarda qardaşlaşma barədə saziş imzalanacaq
ABŞ-ın Kaliforniya ştatının Monterey və Azərbaycanın Lənkəran şəhərləri arasında yaxın vaxtlarda qardaşlaşma barədə saziş imzalayanaq. Bu barədə Amerika-Azərbaycan dostluq, əməkdaşlıq əlaqələri çərçivəsində müzakirələr aparmaq məqsədi ilə Lənkərana gəlmiş Monterey şəhərinin vitse-meri Cef Haferman məlumat verib.

Amerikalı qonaq bildirib ki, qardaşlaşma məsələləri bu gün müzakirə olunub və səfər barədə hazırlanan hesabat Montereydə dinləniləcək. Sonra Lənkəran şəhərinin nümayəndələri ABŞ-a dəvət olunacaq və protokolun rəsmiləşdirilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, iki günlük səfəri çərçivəsində amerikalı vitse-mer öz şəhəri haqqında lənkəranlılara məlumat verib və videoçarx nümayiş etdirib. C. Haferman deyib ki, Lənkəranla Monterey hər ikisi dəniz sahilində yerləşdiyinə görə oxşardır və qardaşlaşma Amerika-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərəcək. Qonaq Lənkəran şəhərinin görməli yerlərini gəzib və yerli əhali ilə görüşlər keçirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar