Leninin heykəli partladılıb
01 Aprel 2009 Çərşənbə 17:50
Proletar inqilabının rəhbərinin bürünc heykəlinin arxa hissəsində diametri 1 metrə çatan dəlik yaranıb

Leninin Sankt-Peterburqdakı Finlandiya vağzalı qarşısındakı meydanda olan heykəli partladılıb. Hadisə bu səhər baş verib. Verilən məlumata görə, partlayıcı qurğunun işə düşməsi nəticəsində proletar inqilabının rəhbəri olan Leninin bürünc heykəlinin arxa hissəsində diametri 1 metrə çatan dəlik yaranıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Ekspertlərin dəyərləndirməsinə görə, partlayıcı qurğu 300 qram trotil gücündə olub. Həmçinin heykəlin qumbaraatandan atəşə tutulması versiyası da istisna edilmir. Hadisəni kimin təşkil etdiyi də bəlli deyil.
Qeyd edək ki, bu abidə mühacirətdən qayıdan Leninin 1917-ci ildə zirehli maşının üzərində fəhlələr qarşısında çıxışını təsvir edir. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar