Lavrovla Klinton Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
18 Oktyabr 2010 Bazar Ertəsi 23:00
ABŞ və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub.
Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə xarici işlər naziri Serqey Lavrov və ABŞ-ın dövlət katibi Hillari Klinton arasında telefon danışığı olub.
Xarici siyasət idarələrinin rəhbərləri beynəlxalq və ikitərəfli münasibətləri müzakirə edib. Əsasən bu ilin dekabr ayında Astanada keçiriləcək ATƏT sammitinə hazırlıq məsələləri, qurum çərçivəsində Rusiya-NATO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda Avrotəhlükəsizlik mövzusu, eləcə də Avropada adi silahlanmaya nəzarət məsələləri müzakirə olunub.
Serqey Lavrov və Hillari Klinton telefon söhbətində Yaxın Şərqdəki vəziyyət, Əfqanıstan, Sudan və Cənubi Qafqazdakı vəziyyət də daxil olmaqla, digər aktual problemlərlə bağlı Rusiya və ABŞ-ın qarşılıqlı əməkdaşlığına toxunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: