Lavrov münaqişələrin həlli barədə danışıb
04 Fevral 2011 Cümə 17:20
Rusiya XİN rəhbəri litvalı həmkarı ilə Qarabağı müzakirə edib
"Biz ATƏT məkanındakı münaqişlərin tənzimlənməsindən danışdıq". Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov ATƏT-in fəaliyətdə olan sədri, Litvanın xarici işlər naziri Aundronyus Ajubalislə keçirdiyi görüşün nəticələri ilə bağlı belə deyib.
“Əminəm ki, Rusiya və digər nümayəndəliklərin münaqişələrin həll edilməsinə dair Vyanada irəli sürdükləri prinsiplər özündə olduqca aydın məsələləri əks etdirir ki, bu, layihələrə böyük diqqət ayırmaq lazımdır. Buraya, əlbəttə ki, münaqişələrin sülh yolu ilə həllinin labüdlüyü, tərəflərin mövqelərinin nəzərə alınmalı olduğu, münaqişə zonasında olan əhalinin humanitar problemlərinin yaranmasına imkan verməmək kimi və s. məsələlər daxildir. Bu yanaşmalar istənilən şəraitə tətbiq edilir, lakin, əlbəttə ki, bu, bu və ya digər münaqişənin həll edilməsi üçün kifayət etmir. Bu məsələlərin hər birinin özünəməxsusluğu var. Amma ümumi yanaşmaya əsaslanaraq konkret böhran şəraitinin ən effektiv yollarını axtarmaq olar”,- deyə S. Lavrov bildirib.
Litvalı həmkarı ilə Rusiyanın aktiv rol oynadığı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə etdiklərini deyən Lavrov bildirib ki, bundan başqa, Kipr, Balkanlardakı vəziyyət, xüsusilə də Kosovo kimi problemli məsələlərə toxunublar.
DOSTLARINLA PAYLAŞ: