Latviyada referendum keçirilir
23 İyul 2011 Şənbə 15:22
Referendum təşəbbüsünü keçmiş prezident irəli sürüb.
Bu gün Latviyada referendum keçirilir. 2,2 milyon əhalisi olan ölkənin parlamentinin - Seymin buraxılması məsələsi həll olunur. Referendumun keçirilməsinin təşəbbüskarı Latviyanın keçmiş prezidenti Valdis Zatlers olub. Keçmiş dövlət başçısı iddia edib ki, 100 yerlik Seymdə parlamentarilər oliqarxların maraqlarını müzakirə edir, qanunverici müşavirədə isə vəzifə satmaqla məşğuldurlar.
Əgər Latviyalılar Valdis Zatlersin təşəbbüsünü dəstəkləyərsə, Seymin buraxılmasından sonra yaxın 2 ay ərzində ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Ekspertlərin fikrincə, yeni parlamentin formalaşdırılması sentyabr ayında mümkün ola bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: