Latviyada parlament seçkisi keçirilir
02 Oktyabr 2010 Şənbə 12:45
Seçkinin nəticəsinə əsasən, X Seym seçiləcək.
Bu gün Latviyada parlamaent seçkisi keçirilir. Seçkinin nəticəsinə əsasən, X Seym seçiləcək. Son sosial sorğuların nəticələrinə görə, seymə 6 partiya düşə biləcək, bunlardan 4-ü sağ partiyalar, 2-si isə rusdilli əhalinin hüquqlarını qoruyan siyasi qüvvələrdir.

Ümumilikdə seymdə yerlər üçün 13 siyasi partiya və birliyə daxil olan 1234 namizəd mübarizə aparacaq. Aparılan sorğuların nəticələrinə görə, seçicilərin əksəriyyəti, yəni 21 faizi öz səsini ölkənin rusdilli əhalisinin hüquqlarını müdafiə edən “Həmrəylik mərkəzi” partiyasına verməyə hazırdır. Məhz bu siyasi qüvvə keçən il Latviyada bələdiyyə seçkisində uğurla qələbə qazanmış, partiyanın lideri Nil Uşakov isə Latviya tarixində Riqanın ilk rus əsilli meri olmuşdu.

Builki parlament seçkisində “Həmrəylik mərkəzi” 18 parlamentari ilə təmsil olunur. Ölkənin Mərkəzi Seçki Komissiyası 78 beynəlxalq müşahidəçini akkreditasiya edib. Onların arasında ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu və İsveç Beynəlxalq Liberal Mərkəzinin mütəxəssisləri, eləcə də Azərbaycan, Qazaxıstan, Gürcüstan, Litva, Moldova, Belarus, Bolqarıstan və Estoniyadan müşahidəçilər iştirak edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar