Latviya Ukrayna olmaqdan qorxur
06 May 2014 Çərşənbə Axşamı 08:31
ABŞ səfiri ölkəsinin Latviyalı əsgərlərlə "çiyin-çiyinə" olduğunu söyləyib.
Ukraynada gedən gərginlik başqa bir Baltik ölkəsi olan latviyanı təşvişə salıb.
ANS PRESS-in xəbərinə görə, Ukrayna baş verən iğtişaşlar, parçalanma Latviyanı qorxudur.
ABŞ səfiri Mark Pekala ötən həftə Latviya hərbi bazalarınından birində həyata keçirdiyi çıxışında inam hissini artırmaq məqsədilə ölkəsinin Latviyalı əsgərlərlə "çiyin-çiyinə" olduğunu söyləyib.
Bundan başqa, Latviyanın yeni müdafiə naziri Raymonds Vejonis də "Cəmiyyətdə qorxu var" deyərək, Rusiyanın nəzarəti altında olmağın nə mənaya gəldiyini bildiklərini qeyd edib.
Xatırladaq ki, Latviyanın əhalisinin 25 %-ni ruslar təşkil edir və 40 % hissəsi rusca danışır. Ölkədəki bələdiyyə sədirlərinin də əksəriyyəti Rusiya tərəfdarıdır.
DOSTLARINLA PAYLAŞ: