Latviya deputatları işsiz qaldılar
24 İyul 2011 Bazar 14:15
Latviya deputatları işsiz qaldılar. Ölkə əhalisi referendumla seymin buraxılmasını dəstəklədi.
Ötən gün Latviyada keçirilən referendumun ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının hesabatına görə, ölkə parlamenti olan seymin buraxılmasının lehinə seçicilərin 95 faizi səs verib. İndi lavtiyalı deputatlar özlərinə yeni iş axtarmalı olacaqlar.
Referendumun keçirilməsi təşəbbüsü ilə Latviyanın keçmiş prezidenti Valdis Zatlers çıxış etmişdi. Keçmiş dövlət başçısı iddia edib ki, 100 yerlik seymdə parlamentarilər oliqarxların maraqlarını müzakirə edir, qanunverici müşavirədə isə vəzifə satmaqla məşğuldurlar.
Seymin buraxılmasından sonra yaxın 2 ay ərzində ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. anspress
DOSTLARINLA PAYLAŞ: