Latviya Bankı pivə reklamında ittiham olunur
21 İyun 2011 Çərşənbə Axşamı 17:40
Latviya Səhiyyə Nazirliyi ötən həftə dövriyyəyə buraxılan 1 latlıq sikkələrlə əlaqədar ölkənin milli bankına (Latviya Bankına) şikayət edib.
“APA-Economics”in xəbərinə görə, Səhiyyə Nazirliyi sikkələrdə pivə parçının əks olunmasından narazılığını bildirib.

“Bu, alkoqolun gizli reklamıdır və cəmiyyətdə spirtli içkilərin istehlakının azaldılması cəhdlərinə ziddir” - deyə nazirlikdən bildirilib.

Hələlik Latviya Bankı məsələyə münasibət bildirməyib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar