Latın Amerikasında vulkan xaosu
29 May 2010 Şənbə 18:20
Quatemala və Ekvadorda minlərlə insan evakusaiya olunub.
Latın Amerikasında iki vulkanın püskürməsi Quatemala və Ekvadorda minlərlə insanın evlərini boşaltmasına və hava limanlarının bağlanmasına səbəb olub. Kül buludunun təsiri ilə isə şəhər mərkəzlərində evlər və küçələr külə bürünüb.
Quatemalada çərşənbə günü Pacaya, Ekvadorda isə cümə axşamı Tungurahua vulkanlarının aktivləşməsi iki ölkədə də həyatı iflic edib.
Quatemala paytaxtından 50 kilometr məsafədə baş verən vulkan püskürməsində biri müxbir olmaqla iki nəfərin ölməsi, 59 nəfərin yaralandığı barədə məlumat verilib. 3 nəfər uşağın itkin düşdüyü, təqribən 100-ə yaxın evin isə yerlə-yeksan olduğu bildirilir. Həlak olan müxbirin vulkan püskürməsi zamanı yuvarlanan qayaların altında qaldığı bildirilir.
Quatemala paytaxtındakı hava limanının da fəaliyyəti dayandırılıb. İnsanlar küçələrdə və evlərinin ətrafındakı kül təbəqəsinin təmizlənməsi üçün hökumətə dəstək olmağa başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: