Las Herraduras barına silahlı basqın olub
07 Fevral 2010 Bazar 10:25
Naməlum silahlı şəxslər insanlara atəş açıblar. 6 nəfər ölüb.
Meksikanın kurort şəhəri olan Masatlandakı (Mazatlan) Las Herraduras barına daxil olan naməlum silahlı şəxslər insanlara atəş açıblar. Meksika Baş prokurorluğunun nümayəndəsi Martin Qastelum (Martin Gastelum) silahlı insident zamanı 6 nəfərin həlak olduğunu bildirib.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, silahlı basqında 3 nəfər iştirak edib və onların hamısı hadisə yerindən qaçmağa müvəffəq olublar.
Qeyd edək ki, Masatlan mafioz qruplarının məskunlaşdığı Sinaloa ştatında yerləşir.
Meksika Latın Amerikası və ABŞ-dan gətirilən narkotik vasitələrin əsas yükboşaltma bazasıdır. Ekspertlərin hesablamalarına görə, hər il bu ölkə ərazisindən ABŞ-a külli-miqdarda narkotik maddə keçirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: