İsveçli xilasedicilər heyət üzvlərinin rusiya və ukraynalılardan ibarət olduğu Norveçin "Langeland" yük gəmisinin qəzaya uğradığı yeri aşkar ediblər. ANS PRESS-in "İtar-tass"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xilasetmə Xidmətindən məlumat verilib.
Son məlumatlara görə, exolot dənizin 108 metr dərinliyində yad obyektin olduğunu göstərib.
Lakin bu gəminin tapıldığını tam olaraq təsdiqləmir. Xilasedicilər heyət üzvlərindən kiminsə sağ qalma ehtimalını minimum qiymətləndirirlər. Gəminin qəzaya uğradığı ərazi hava şəraiti yaxınlaşandan sonra bir daha araşdırılacaq.
Xatırladaq ki, göyərtəsində altı nəfər heyət üzvü olan Norveçə məxsus yük gəmisi “Langeland” dünən axşam İsveç sahillərində batıb. /ANS PRESS/