La Manş tunelində fəhlələr dəm qazından zəhərlənib
27 Yanvar 2014 Bazar Ertəsi 07:25
Zəhərlənərək xəstəxanaya çatdırılan işçilərdən birinin vəziyyəti ağırdır.
Fransa və İngiltərəni dənizin altı ilə birləşdirən La Manş tunelində fəaliyyət göstərən işçilər dəm qazından zəhərlənib. Hadisə bazar axşamı qatar relslərinin dəyişdirilməsi zamanı baş verib.
ANS PRESS “Euronevs” kanalının saytına istinadən xəbər verir ki, zəhərlənən 19 işçi xəstəxanaya çatdırılıb.
Məlumata görə onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, hazırda tuneldə aparılan işlərə fasilə verilib. Burda işləyən 41 nəfər isə evlərinə göndərilib.
Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.
DOSTLARINLA PAYLAŞ: