KXDR ABŞ-ı ittiham edib
12 Mart 2009 Cümə Axşamı 00:50
KXDR ABŞ-ı hərbi hücum hazırlamaqda ittiham edib, Şimali Koreya ordusu ABŞ-Cənubi Koreya hərbi təlimləri ilə bağlı tam döyüş hazırlığı vəziyyətinə gətirilib
«Amerika Birləşmiş Ştatları Cənubi Koreya ilə bircə hərbi təlimlər adı altında Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı hücum planlaşdırır». Bu bəyanatla KXDR Xarici İşlər Nazirliyinin rəsmiləri çıxış edib. Nazirliyin mətbuat katibi bildirib ki, ABŞ-ın yeni hakimiyyəti Cənubi Koreyadakı marionetləri vasitəsilə Şimali Koreyanın suverenliyinə qəsd etmək istəyir.
Qeyd edək ki, martın 8-də Şimali Koreya ordusu ABŞ-Cənubi Koreya hərbi təlimləri ilə bağlı tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar