Küveytli şahzadə əmisi tərəfindən öldürülüb
20 İyun 2010 Bazar 07:05
Şahzadə Basil 1965-1977-ci illər arasında Küveyti idarə edən 12-ci Əmir Şeyx Sabah Əl Salim Əl Sabahın nəvəsidir.
Küveytli şahzadələrdən biri 52 yaşlı Şeyx Basil Salim Əl Salim Əl Sabah öz əmisi tərəfindən güllə ilə vurularaq öldürülüb. ANS PRESS “Habervaktim”ə istinadən xəbər verir ki, həftəlik divan toplantısında başlayan mübahisə zəminində əmisi şahzadəni tək-bətək görüşmək üçün bayıra çağırıb. Daha sonra eşidilən atəş səsindən sonra hadisə yerinə gedənlər şahzadənin vurulduğunu görüb. Şeyx Basil Salim Əl Salim Əl Sabah xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, şahzadə Basil 1965-1977-ci illər arasında Küveyti idarə edən 12-ci Əmir Şeyx Sabah Əl Salim Əl Sabahın nəvəsidir. Onun atası Şeyx Salim Sabah Əl Salim Əl Sabah isə 1970-75-ci illərdə Küveytin ABŞ, Kanada və Venesuella səfirliklərində fəaliyyət göstərib.

Şahzadə Basil bu gün yerli vaxtla saat 09.00-da torpağa tapşırılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar