Küveytin xarici işlər naziri istefa verib
19 Oktyabr 2011 Çərşənbə 02:47
Müxalifət XİN rəhbərini korrupsiya sövdələşmələrində günahlandırır.
Küveytin baş naziri şeyx Nasir əl-Məhəmməd əl-Sabah ölkənin xarici işlər naziri, şeyx Məhəmməd əl-Sabahın istefasını qəbul edib. Bu barədə məlumatı “Kuwait Times” qəzeti yayıb.
Qəzetin məlumatına görə, XİN rəhbərinin ölkə hakimiyyətinin siyasi ilə bağlı fikir ayrılığı olub. O, parlamentin buraxılmasının fəal tərəfdarı olub. Belə ki, Məhəmməd əl-Sabahın fikrincə, Küveytdə hazırkı vəziyyət ölkənin təhlükəsizliyi üçün təhdiddir.
Lakin parlamentin müxalifətdən olan üzvlərindən biri Müsəlləm əl-Bərrakın sözlərinə görə, xarici işlər naziri korrupsiya sövdələşməsindəki iştirakının üstünün açılacağından ehtiyatlandığından istefa verib. Müxalifətçi millət vəkili xarici işlər nazirini baş nazirə qeyri-qanuni yolla xaricə pul keçirməkdə ittiham edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: