Küveytin Konstitusiya Məhkəməsi parlamenti buraxdı
21 İyun 2012 Cümə Axşamı 02:56
Məhkəmə Məclisin müxalifətçilərin çoxluqda olduğu tərkibini qanunsuz elan edib.
Küveytin Konstitusiya Məhkəməsi parlamentin müxalifətçilərin üstünlük təşkil etdiyi yeni tərkibini qanunsuz elan edib. ANS PRESS-in “Euronews”a istinadən verdiyi məlumata görə, məhkəmə əvvəlki parlamentin səlahiyyətlərini bərpa edib.
İki gün əvvəl Küveyt əmiri parlamentin işini bir ay müddətinə dayandırmışdı. Müşahidəçilə bu addımları hakimiyyətin icra və qanunverici qolları arasında siyasi böhranın növbəti əlaməti sayırlar.
Son vaxtlar müxalifətdən olan deputatların tələbi ilə iki nazir vəzifəsindən getməyə məcbur olub.
“Ərəb baharı” Küveytdən yan keçdi. Lakin 2011-ci ilin sonları-2012-ci ilin əvvəllərində hökumətlə qarışıqlıq yarandı.
DOSTLARINLA PAYLAŞ: