Küveytdə neft zavodunda partlayış baş verib: 4 ölü, 2 yaralı
02 Oktyabr 2011 Bazar 06:10
İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.
Küveytin Əhmədi şəhərindəki iri neft emalı zavodunun qaz kəmərində partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. BBC-nin Küveytin nef sənayesindəki mənbəyə istinadən verdiyi məlumata görə, ölənlər zavodun işçiləri, xəsarət alanlar isə yanğınsöndürənlərdir.

Partlayış qaz blokunda adi reqlament işləri aparılarkən baş verib. Bunu Küveytin milli neft şirkətinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, hadisənin səbəbləri dəqiqləşdirilir. İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.

Əhmədi şəhərindəki neft emalı zavodu gündəlik 460 min tondan çox neft emal etmək gücündədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar