Küveyt Misirə vaxt verdi
21 Oktyabr 2013 Bazar Ertəsi 08:56
Küveyt Misirə göstərilən maliyyə dəstəyinin həcmi bir ildən sonra qaytarılmalı olan razılaşmalara yenidən baxıb.
Küveyt Misirə aldığı 2 milyard dollar depoziti borcunu qaytarması üçün qoyduğu vaxtı bir qədər də artırıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu müddət 1 ildən 5 ilə yüksəldilib. Misirin keçid hökumətinin baş nazirin Xazem əl-Bablaui açıqlamasında bu məsələyə toxunaraq qeyd edib ki, Küveyt Misirə göstərilən maliyyə dəstəyinin həcmi bir ildən sonra qaytarılmalı olan razılaşmalara yenidən baxıb. Bir müddət əvvəl Misir hakimiyyəti Küveytə bu müddəti artırmaq üçün xahiş məktubu göndərmişdi. Müraciət Küveyt rəsmiləri tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, Misirin Mərkəzi Bankı Küveyt hökumətindən 2 milyard dollarlıq depozit alıb. Onlardan 1 milyard dolları nağd və daha bir milyardı isə təbii qaz və neft məhsulları olmaqla müəyyən müddət üçün götüülüb. Ümumilikdə Misirə BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt tərəfindən 12 milyard dollarlıq iqtisadi yardım paketi nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar