Kütlevi halda zorlanan 19 yaşlı qızın anası danışdı
31 Avqust 2013 Şənbə 15:08
Ana qızının öldürüləcəyindən qorxur.
Türkiyənin Bingöl əyalətində əqli cəhətdən qüsuru olan 19 yaşlı B.C. naməlum şəxslər tərəfindən kütləvi halda zorlanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nə qız, nə də onun anası polisə bu barədə şikayət etməyib. Qız zorlandıqdan sonra hamilə qalıb. Bundan sonra isə qızın qara günləri başlayıb.

Belə ki, qonşuları qızın əxlaqsız olduğunu və uşağının atasını da tanımadığını deyir. Onlar qızın anası 62 yaşlı Rindiye Ç.-ni təhqir edərək, onların həmin əyalətdə yaşamağa layiq olmadıqlarını deyirlər. Qonşular qızın anasına təzyiqlər edir və B.C.-ni öldürməyi tələb edirlər.

“Qızımın hamilə olduğunu biləndə şok keçirdim. O, atasız böyüyüb. Ondan başqa digər övladım da əqli qüsurludur. Biz heç kimi narahat etmədən yaşamışıq. Mənim yetim qızımdan nə istədilər? Kim ona təcavüz edib, bilmirik. Vicdansızların tapılnasını istəyirəm. İndi qonşular üzümüzə baxmır, bizi təhqir edirlər. Ayıbınızı təmizləyin, qızı öldürün deyirlər. Amma mən ədalətin bərqərar olacağına inanıram”, - deyə zorlanan qızın anası bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar