Küsüb-barışan cütlük cəzalandırıldı
10 Dekabr 2009 Cümə Axşamı 10:25
Onlar məhkəmənin qərarını pozduqları üçün cəzalandırılıblar
İspaniyada məhkəmə küsüb-barışan cütlüyə həbs cəzası kəsib. Buna səbəb, onların məhkəmənin çıxardığı qərarı pozmaları olub.
2008-ci ildə məhkəmə boşanmağa qərar verən cütlüyə biri-birinə 500 metrdən çox yaxınlaşmağı qadağan edən qərar çıxarıb. Bundan əlavə, qərarda kişiyə həyat yoldaşı ilə əlaqə yaratmaq belə qadağan edilib.
Qeyd edək ki, bu qərar İspaniyada mövcud olan məişət zorakılığı haqqında qanuna əsasən verilib.
6 ay sonra cütlük münasibətlərini bərpa edib. Buna görə, məhkəmə qərarını pozduğu üçün kişi 6, qadın isə 4 ay müddətinə azadlıqdan məhrum edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: