Küsən arvadından bilbordla üzr istədi
27 Aprel 2011 Çərşənbə 03:48
Reklam bilbordunda “Rəna səni sevirəm, üzr istəyirəm” yazılıb.
Türkiyə Muğla vilayətinin Fethiyə rayonunda həyat yoldaşı ilə arasında problemi olan bir kişi reklam bilbordu (billboard) ilə arvadından üzr istəyib. Qeyd edək ki, rayon mərkəzi Atatürk caddəsindəki bilbordda “Rəna səni sevirəm, üzr istəyirəm” yazılıb. Elanın altında adı yazılan Veysəlin hansı səhvə görə həyat yoldaşından üzr istədiyi isə məlum deyil. Bundan başqa Rənanın Veysəli bağışlayıb bağışlamadığı də hələlik bilinmir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: