“Kurtlar Vadisi” Türkiyə gündəmini qabaqladı .
27 Yanvar 2013 Bazar 06:50
Ötən gün İsraildən İstanbula gedən xüsusi statusa malik bir heyət burda gizli bir görüş keçirib
Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialı növbəti dəfə Türkiyədə gündəmi qabaqladı. Xatırladaq ki, filmin yanvarın 24-də nümayiş olunan 178-ci seriyasında “Ağsaqqallar” heyətinin yeni sədri Sencar bey ABŞ və İsrail nümayəndələri ilə görüşür və xüsusi statuslara sahib olduğunu bildirərək onlara əməkdaşlıq təklif edir.

Məlumata görə, ötən gün İsraildən İstanbula gedən xüsusi statusa malik bir heyət burda gizli bir görüş keçirib. İsrail Xarici İşlər nazirliyinin məruzəçisi Amira Oron rəsmi Tel Əvivin Türkiyə ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini, bu ölkə ilə ikitərəfli əlaqələrin əvvəlki kimi olmasını istədiyini bildirib və “Türkiyə bölgənin istiqrarı üçün əhəmiyyətli ölkədir” – deyib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar