“Kurtlar Vadisi Pusu” adamı dindən imandan edər
17 May 2010 Bazar Ertəsi 02:40
Türkiyə dövlət naziri Faruk Çelik cüməaxşamı gecələri nümayiş olunan “Kurtlar Vadisi Pusu” teleserialını tənqid edib.
Türkiyə dövlət naziri Faruk Çelik cüməaxşamı gecələri nümayiş olunan “Kurtlar Vadisi Pusu” teleserialını tənqid edib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, İşa namazı vaxtı filmə baxan möminlərin məscidlərə gəlmədiyini, habelə bu səbəblə din xadimlərinin də məscidə gəlmədiyini bildirib. Bu bəyanatla 81 vilayət müftisinin iştirak etdiyi seminarda çıxış edən Faruk Çelik artıq bu serial sənbəbilə Kilis şəhərində bir din xadiminin məscidə gəlməməyə başladığını deyib. “Serial qəhramanları vurmalı-qırmalı bir həyat tərzini əsas plana çıxarır. Bu problemi hökmən həll etməliyik. İslam dini problem yox, problemin həllini irəli sürən bir dindir”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar