Kurtlar Vadisi Fələstin Almaniyada gərginliyə səbəb oldu
24 Yanvar 2011 Bazar Ertəsi 01:30
Kurtlar Vadisi Fələstin filminin nümayiş olunacağı 27 yanvar tarixi “Beynəlxalq Yəhudi Soyqırımı Qurbanlarını anma günü”nə təsadüf edir.
Almaniyada “Kurtlar Vadisi Fələstin” filminin “Beynəlxalq Yəhudi Soyqırımı Qurbanlarını anma günü” olan 27 yanvarda nümayiş olunması sərt reaksiyalara səbəb olub. “Xristian Demokrat” partiyasının xarci münasibətlər üzrə məruzəçisi Filipp Misfelder parlamentdəki çıxışında bunun soyqırımı qurbanlarına hörmətsizlik olduğunu deyib. “Sosial Demokrat” partiya millət vəkili Kerstin Qris İsrail əleyhinə olduğunu hesab etdiyi bu filmin anti semitist duyğuları körüklədiyini deyib.
Filmin nümayişinin bu tarixə təsadüf etməsində qəsd olmadığını deyən distributor firma “Pera Film” bunun təsadüf olduğunu bildirib. Filmin əslində 2010-cu ilin noyabrında nümayiş olunmasının nəzərdə tutulduğunu bildirən firma rəsmisi texniki səbəblərlə nümayişin 27 yanvara qaldığını deyib.
Qeyd edək ki, yanvarın 27-də minlərlə insanın öldürüldüyü Osvensum ölüm düşərgəsi sovet ordusu tərəfindən nasistlərdən təmizlənib və 1996-cı ildən bu tarix nasist qurbanlarını anma günü kimi qəbul edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: