Kurort şəhərində 15 başsız insan cəsədi tapılıb
09 Yanvar 2011 Bazar 11:35
Meksikada aşkar edilən cəsədlərin üzərində məktub olub.
Meksika polisi Sakit okean sahillərində yerləşən kurort şəhəri Akapulkoda əksəriyyəti başsız olan 15 insan cəsədi aşkar edib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, cəsədlərin üzərində təhdid dolu məktublar olub.

Məlumata görə, məktublar bu regionda fəaliyyət göstərən və kurort şəhərində nüfuzu ələ almaq üçün digər kartellərlə amansız mübarizə aparan “Sinaloa” narkokartelinin nümayəndələri tərəfindən yazılıb.

Qeyd edək ki, Meksikada bu cür kütləvi qətl 2008-ci ildən bu yana qeydə alınmayıb. Həmin il ölkənin Yukatan ştatında 12, Guerrero ştatında isə 9 başsız cəsəd aşkar edilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar