Kurmanbek Bakiyevin qardaşı həbs edildi
22 İyul 2010 Cümə Axşamı 02:30
Əhməd Bakiyev Cəlalabad vilayətində kütləvi iğtişaşların təşkilində şübhəli bilinir.
Qırğızıstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Cəlalabad vilayətində eks-prezident Kurmanbek Bakiyevin qardaşı Əhməd Bakiyevin həbs ediblər. Bu barədə məlumatı İTAR-TASS agentliyi ölkə hökumətinin mətbut xidmətinə istinadən yayıb.

Əhməd Bakiyev bu ilin mayında Cəlalabad vilayətində kütləvi iğtişaşların təşkilatçılığı şübhəsi ilə beynəlxalq axtarışa verilmişdi. O, Kurmanbek Bakiyevin hakimiyyəti illərində Cəlalabad vilyətinin qeyri-rəsmi qubernatoru hesab edilirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar