Kurmanbek Bakiyevin qardaşı dövlət başçısının istefa verməsi xəbərini təkzib edib
16 Aprel 2010 Cümə 12:00
Qırğızıstan prezidentinin Kurmanbek Bakiyevin qardaşı Əhməd Bakiyev bəyan edib ki, dövlət başçısının istefa verməsi barədə məlumatlar əsassızdır.
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Əhməd Bakiyev bildirib ki, müvəqqəti hökumət prezident Kurmanbek Bakiyevin istefa ərizəsini faksla göndərdiyini iddia edir, lakin bu, saxta sənəddir və danışıqlarda prezidentin istefası məsələsi qaldırılmayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar