Kurmanbek Bakiyev istefa verdi
08 Aprel 2010 Cümə Axşamı 11:00
Kurmanbek Bakiyev müqavimət göstərməyə hazırlaşır.
Qırğızıstanın cənubunda yerləşən Cəlal-Abad şəhərində keçirilən mitinq zamanı hələ ki, ölkənin hazırki prezidenti olan Kurmanbek Bakiyevin çıxışı gözlənilir. Bu barədə mitinq zamanı vilayət qubernatoru bildirib.

O həmçinin əlavə edib ki, Kurmanbek Bakiyev istefa verib. “Lakin biz öz oğlumuzu müdafiə edəcəyik”, - deyə Bakiyevin Cəlal-Abad mənşəli olduğuna işarə edən qubernator bildirib.

Hazırda şəhərdə Kurmanbek Bakiyevin müdafiəsi üzrə komitə yaradılır. Xatırladaq ki, dünən yayılan məlumatlara görə, ölkədə yaranan vəziyyətlə əlaqədar prezident Kurmanbek Bakiyev ölkəni tərk edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar