Kuril adaları qrupuna daxil olan İturup adasında İvan Qroznı vulkanı oyanıb.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hündürlüyü 1159 metr olan vulkandan bu gecə 9 km aralıda yerləşən Qoryaçie Klyuçi şəhərinə və Kurilsk şəhərinə kül yağıb.Vulkan mütəmadi olaraq müşahidə altındadır. Fövqəladə Hallar Nazirliyi sakinlərə xəbərdarlıq edib ki, vulkana yaxın əraziyə getməsinlər.