Kuril adalarında bir neçə zəlzələ baş verib
08 İyun 2009 Bazar Ertəsi 05:55
Yeraltı təkanlar nəticəsində tələfat, dağıntı və sunami təhlükəsinin olmadığı bildirilir

Kuril adaları bölgəsində dörd yeraltı təkan qeydə alınıb. ANS PRESS, RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Yujno-Saxalinsk” seysmoloji stansiyası yayıb. Yeraltı təkanların gücü 3,6-5,0 bal arasında dəyişib. Zəlzələlər Kuril silsiləsinin mərkəzi hissəsində (Simuşir, İtiurup adaları) baş verib və Saxalin vilayətində hiss olunmayıb. Yeraltı təkanlar nəticəsində tələfat, dağıntı və sunami təhlükəsinin olmadığı bildirilir.
Kuril adalarında 15 noyabr 2006-cı ildən mütəmadi olaraq zəlzələlər baş verib. O vaxt Simuşir adası bölgəsində 7,9 bal gücündə zəlzələ baş vermişdi və sunami təhlükəsi elan edilmişdi. Bunun ardınca Kuril adalarının sahil bölgəsinin əhalisi evakuasiya olunmuşdu. Mütəxəssislər hesab edir ki, ərazidəki seysmik aktivlik yaxın bir neçə il ərzində davam edəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar