Kürdler müsteqillik istemirler
11 Avqust 2013 Bazar 16:26
Terror teşkilatının lideri separatçı olmadıqlarını iddia edib.
“Bizə separatçılar deyənlər yanılırlar. Bizim müstəqil dövlət olmaq kimi bir hədəfimiz yoxdur”. Bu iddialarla KCK-nın (“Koma Ciwaken Kurdistan - Kürdüstan Cəmiyyəti Asossasiyası” PKK-nın şəhər qruplaşması) ilk qadın lideri Bese Hozat (Hülya Oran) çıxış edib. Bir neçə gün əvvəl keçirilən qurultqayda həmsədr seçilən Hozat Türkiyənin “Sabah” qəzetinə müsahibə verib.
Kürd lider müstəqil Kürdüstan kimi bir strategiyalarının olmadığını deyib: “Bizə separatçılar deyənlər yanılırlar. Bizim müstəqil Kürdüstan kimi bir strategiyamız yoxdur. Milli dövlətin xalqlar üçün problemin həlli yolu olmadığını bilirik. Milli dövlət gücləndirilmiş hakimiyyətdir. Bu isə özü ilə istismarı, təzyiqi və zülmü gətirir. Milli dövləti 2000-ci ildə proqramımızdan çıxarmışıq. Bu iş sadəcə Türkiyə ilə yekunlaşsaydı çoxdan həl edərdik. Amerika və Avropa kürd probleminin həllində maraqlı deyil. Bölgədəki bütün siyasəti Türkiyənin əli ilə həyata keçirir və mütəmadi olaraq ortaya “separatzm” paranoyyaları atırlar”.
Qadın lider Türkiyəni parçalamadan özlərini idarə edəcək müxtariyyət tələb etdiklərini deyib: “Biz illərdir özümüzü idarə etmək istədiyimizi deyirik. Bu, heç də Türkiyəni parçalamaq demək deyil. Unitar hüdudlar daxilində özümüzü idarə etmənin, demokratik müxtariyyətin Türkiyənin ərazi bütünlüyünü pozmaqla nə əlaqəsi var? Hüdudlar daxilində, mərkəzi hakimiyyətlə hüququ olan muxtariyyət istəyirik. Onsuzda bilinən bu sərhəddi kağız üstündə ingilislər çəkib”.
DOSTLARINLA PAYLAŞ: