Kürd siyasətçi Əhməd Türk ermənilərdən üzr istədi
03 Fevral 2013 Bazar 07:15
Əhməd Türk, babalarının aldadılaraq bu işdə istifadə edildiyini iddia edib.
“1915-ci ildə ermənilər, süryanilər və yezidilər böyük izdırablar yaşadı. Bunda kürdlərin də payı var. Babalarımın adından onlardan üzr istəyirəm”. Bu sözləri Türkiyə parlamentinin kürd əslli millət vəkili, DTK-nın (Demokratik Toplum Kongresi) həmsədri Əhməd Türk deyib. “İMC” kanalında yayımlanan “Azı qərar, çoxu zərər” proqramında qonaq olan Əhməd Türk, babalarının aldadılaraq bu işdə istifadə edildiyini iddia edib.

“Babalarımızdan həm ermənilərə, həm süryanilərə, həm də yezidilərə qarşı istifadə olundu. Onların əlləri bu xalqların qanı ilə çirklənib. Biz onların nəvəsi olaraq üzr istəyirik. Məncə üzrü qəbul etmək də əhəmiyyətlidir. Bu bizim iradəmizin xaricində meydana gəlib. Təbliğatlarla kürdlər də ermənilərə zülm edib”.

Qeyd edək ki, kürd deputat həddini aşaraq Türkiyə cümhuriyyətinin də üzr istəməli olduğunu deyib. “Türkiyə də böyüklüyünü göstərərək ermənilərdən, süryanilərdən və yezidilərdən üzr istəməlidir. Bu hadisələr cümhuriyyətin quruluşundan əvvəl olubsa bu qədər sıxılmaq da lazım deyil”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar