Millət vəkilini qaçırması PKK-nın Türkiyəyə verdiyi sərt mesajdır.
Türkyənin Tunceli şəhərinin millət vəkili Hüseyn Aygün Kürd Fəhlə Partiyasının separatçı ünsürləri tərəfindən qaçırılması söhbətləri səngimək bilmir. Türkiyənin DHA portalının məlumatına görə PKK bu tip hadisələrin silsilə şəkli alacağını bilidirib. PKK-nın “Bundan əvvəl müxtəlif vəzifələrdə çalışan adamları qaçırdıq. Bu bizim qaçırdığımız ilk millət vəkilidir. Belə hadisələr tez-tez olacaq” bəyanatları Türkiyədə kürd xofu yaratmağa hesablanıb. Kürd Fəhlə Partiyası : “Əsas hədəfimiz müstəqillikdir!” kimi ifadələr işlədib. Tuncəli millət vəkili Hüseyn Aygünün hüquqi işlər bitdikdən sonra sərbəst buraxılacağı gözlənilir. “OLAYLAR” İA