Küçədə namaz qılmaq qadağan olundu
08 Aprel 2011 Cümə 06:51
Küçədə qılınan namazlar yolların kəsilməsi səbəbilə tıxac problemi yaradır
Tunis hökuməti küçələrdə namaz qılmağı qadağan etdi. Ölkə Daxili işələr nazirliyinin verdiyi açıqlamada küçələrdə namaz qılmağın Tunis ictimaiyyəti üçün yad bir hərəkət olduğu bildirilib və bundan sonra bu cür hərəkətlərə icazə verilməyəcəyi deyilib.
Bundan başqa açıqlamada qanunların pozulması vurğulanaraq küçədə qılınan namazların yolların kəsilməsi səbəbilə tıxac problemi yaratdığı, habelə insanların hərəkətlərində məhdudiyyətlər yaratdığı bildirilir. Nazirlik rəsmiləri bu addımın küçələrdə namaz qılanlar ucbatından ziyana düşən satıcıların şikayəti ilə atıldığını bildirib.
DOSTLARINLA PAYLAŞ: