Kubada təyyarə qəzaya uğradı, 68 nəfər ölüb
05 Noyabr 2010 Cümə 10:00
Təyyarə Santyaqo de Kuba- Havana reysini həyata keçirirmiş.
Kubada sərnişin təyyarəsi qəzaya uğrayıb. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli televiziyalardan biri məlumat yayıb.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 68 nəfər olub (bəzi məlumatlara görə 69 nəfər): 61 sərnişin və 7 heyət üzvü.
Sərnişinlərdən 28-i əcnəbidir. Onların vətəndaşlığı barədə məlumat yoxdur.
Təyyarə Santyaqo de Kuba- Havana reysini həyata keçirirmiş. Hava gəmisinin operatoru “Cubana de Aviacion” Kuba dövlət aviaşirkətinə məxsus olan “Aerocaribbean” avia şirkətidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: